“Liverpul”un yeni baş məşqçisinin adı məlum oldu

Brendan Rocersin istefasından sonra "Liverpul”un boşalmış baş məşqçi postuna gələcək mütəxəssisin adı məlum olub.

Newsport.az-ın məlumatına görə, bütün İngiltərə mənbələri yekdilliklə Yürgen Kloppun mersisaydlıları çalışdıracağını yazır. 
 
Məsələ hələ tam rəsmiləşməsə də, alman mütəxəssisin "Liverpul”la 3 illik müqavilə bağlayacağı xəbər verilir. Bu proses həftəsonu rəsmiləşəcək. Tərəflər artıq şərtləri danışıb razılaşdırıb, sadəcə, müqaviləni imzalamaq qalıb. 
 
Maraqlıdır ki, Klopp "Bild” nəşrinin əməkdaşlarının məsələ ilə bağlı sualına cavab verərəkən deyilənləri inkar etməyib: "Bu an üçün söylənə biləcək bir söz yoxdu. Nə dəqiq xeyr, nə də bəli deyə bilərəm. Hazırda evə gedirəm”.
 
Qeyd edək ki, "Liverpul” buna qədər 2010 və 2012-ci illərdə 2 dəfə uğursuz şəkildə Kloppla müqavilə bağlamağa çalışmışdı. Onu da vurğulayaq ki, alman çalışdırıcı Dortmund "Borussiya”sında işlədiyi məşqçi korpusunu tamamilə Liverpula gətirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right