Kroos Almaniya millisinə qayıdır

“Real”ın yarımmüdafiəçisi Toni Kroos AVRO-2024 öncəsi Almaniya millisinə qayıda bilər. Newsport.az xəbər verir ki, bunu ulduz futbolçu özü açıqlayıb.

O, qayıdıb-qayıtmamaq qərarında tərəddüd etdiyini bildirib: “Milliyə qayıtmağı düşünürəm, amma hələ qərar verməmişəm. Hər şey necə hiss etdiyinizdən və şəxsi planlarınızdan asılı olacaq. Karyeramı ən yüksək səviyyədə yarışaraq bitirmək istəyirəm. Əldə etdiklərimdən və hazırda göstərdiyim futboldan razıyam”.

Toni Kroos 11 il (2010-2021) Almaniya millisində çıxış edib. O, bu müddətdə 106 matçda 17 qol vurub və 2014-cü ildə dünya çempionu olub.

Qeyd edək ki, AVRO-2024 bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right