Almaniya futbolunun canlı əfsanəsi Herd Müller ağır xəstəliyə düçar olub.
Newsport.az-ın məlumatına görə, karyerasının böyük hissəsini Alman nəhəngi "Bavariya”ya həsr etmiş, Müller alsheymer xəstəliyindən əziyyət çəkir.
Bu barədə "Bavariya”nın rəsmi saytında məlumat yer alıb. Belə ki, "Bavariya” rəsmiləri sabiq futbolçularının 70 yaşlı yubileyini böyük tədbirlə həyata keçirmək istəyilər. Amma Müllerin ailəsindən gələn xəstəlik səbəbi hərkəsi sarsıdıb. Məhz bu səbəbdən də, tədbir təxirə salınıb.
Qeyd edək ki, 1964-1979-cu illər ərzində "Bavariya”da oynayıb. O, Münhen təmsilçisinin heyətində 453 oyun keçirib.