Bolqarıstan millisinin müdafiəçisi: “Azərbaycan bizi ötməyə çalışacaq”

"Seçmə mərhələni yüksək əhval-ruhiyyədə bitirmək önəmlidi. Hərçənd mübarizəni davam etdirmək şansımız çox cüzidir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının futbolçusu İvan İvanov deyib.
 
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda yer alan bolqarlar hazırda 3-cü pillədə qərarlaşıb və Xorvatiyadan 6 xal geri qalır. Nəzəri olaraq, Bolqarıstan millisi pley-off mərhələsinə vəsiqə qazanmaq şansını davam etdirir. Amma topların fərqini və ən əsası da xorvatların son turda Malta ilə qarşılaşacağını nəzərə alanda bolqarların şansının çox az olduğu aydınlaşır. 
 
Elə iki illik fasilədən sonra yenidən yığmaya dəvət alan İvanov da bunu etiraf edir: "Növbəti oyunda Xorvatiyaya qalib gəlsək, fərqi 3-ə endirəcəyik. Ancaq xorvatlar son turda Malta ilə üz-üzə gələcək və xal itirəcəklərinə inanmıram. Biz sadəcə, son iki oyunda uğurlu nəticəyə çalışmalıyıq”.
 
27 yaşlı mərkəz müdafiəçisi Azərbaycan yığması ilə qarşılaşmanın əhəmiyyətindən də söz açıb: "Azərbaycan yığması yeni baş məşqçinin gəlişindən sonra 6 xal qazanıb. Hazırda bizdən 2 xal geridədilər və 4-cü yerə iddia edirlər. Bu mənada aramızdakı son matçın önəmi böyükdü. Onlar bizi ötməyə, biz isə yerimizdə qalmağa çalışacağıq. Fikrimcə, oktyabrın 13-də azarkeşlər maraqlı mübarizəyə şahid olacaqlar. Ancaq evdə oynayacağımız üçün mütləq qələbə qazanmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right