"Real"ın futbolçusunun məşqlərə başlayacağı tarix məlum oldu

"Real"ın futbolçusu Cud Bellingemin topuğundakı zədə səbəbindən nə qədər vaxt meydanda olmayacağı məlum olub.

Newsport.az xəbər verir ki, "Real"ın futbolçusu İspaniya çempionatında "Jirona" ilə görüşdə (4:0) aldığı sol topuğunun yüksək dərəcəli burxulması səbəbindən iki-üç həftə oynamayacaq.

20 yaşlı futbolçunun martın 6-da Çempionlar Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"lə cavab oyununa qədər sağalacağı gözlənilir.

Xatırladaq ki, ingilis futbolçu qarşılaşmanın 57-ci dəqiqəsində yaşadığı diskomfort səbəbindən əvəzlənib. Bundan əvvəl 54-cü dəqiqədə Bellinqhem komandasının 3-cü qolunu vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right