"Yuventus"dan "Bavariya"ya

"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, fransalı "Bavariya"nın transfer siyahısındadır. 

Adrien özü də Münhenə yollanmaqda maraqlıdır. Transferin yayda reallaşacağı gözlənilir.

28 yaşlı futbolçu 2019-cu ildən "Yuventus"da çıxış edir və onun qiyməti 40 milyon avrodur. Rabio PSJ, “Tuluza”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right