İsveç mətbuatı: "Slovakiya və Azərbaycan çox güclü rəqiblərdir"

İsveç mətbuatı millinin Azərbaycan, Slovakiya və Estoniya komandaları ilə birlikdə C1 qrupuna düşməsi ilə nəticələnən Millətlər Liqasının püşkatmasının şərh edib.

Newsport.az xəbər verir ki, “SVT Nyheter” İsveçin millimizə Bakıda 0:3 hesabı ilə məğlub olmasını da diqqətə çatdırıb: 

"Bu, əsl kabusdur. Slovakiya və Azərbaycan çox güclü rəqiblərdir. Slovakiya seçmə qrupda Portuqaliyadan sonra ikinci yeri tutaraq AVRO-2024-ə vəsiqə qazanıb. Bakıda böyük hesablı məğlubiyyətə uğrayan (0:3) İsveç artıq Azərbaycan millisindən xəbərdarlıq alıb. Ümid edək ki, bu, sadəcə xəbərdarlıq mesajı idi və komanda bu matçlara hazır çıxacaq.
İsveç millisinin artıq əvvəlki performansı göstərməməsinə baxmayaraq, heyətdə Viktor Lindelof, Deyan Kulusevski və Aleksandr İsak kimi məşhurların yer almasına görə, millinin hələ də qrupun favoriti olduğuna inanırıq",

Xatırladaq ki, Azərbaycan - İsveç oyunları sentyabrın 5-də və noyabrın 19-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right