"Liverpul" "Fulhem"in müdafiəçisini istəyir

"Liverpul" "Fulhem"in mərkəz müdafiəçisi Tosin Adarabioyonu istəyir.

Newsport.az “90min” portalına istinadən xəbər verir ki, mersisaydlılar Vircil van Deyk və Coel Matipin komandadan mümkün gedişindən sonra yeni mövsümə yeni müdafiə xətti ilə başlamağı planlaşdırır. 

Adarabioyonun "Fulhem"lə müqaviləsi yayda başa çatır və "Liverpul" 26 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır. 

O, "Mançester Siti"nin yetirməsidir. Müdafiəçi üç ildir (2020-ci ildən) "Fulhem"də çıxış edir. Onun London klubu ilə müqaviləsi bu ilin iyunun sonuna kimi qüvvədədir. Buna qədər isə müdafiəçi "Vest Bromviç" və "Blekbern"də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right