İnzagi istefaya göndərildi

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Newsport.az xəbər verir ki, "Salernitana" Filippo İnzagi ilə yollarını ayırıb. Bu barədə "Sky Sport" məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Filippo İnzagi 2023-cü ilin oktyabr ayında "Salernitana"nın baş məşqçisi təyin olunmuşdu. Komanda A Seriyasında 24 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right