Ozan Can oynadı, komandası səfərdə heç-heçə etdi

Futbol üzrə Niderland I Divizionunda 25-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "NAK Breda"nın qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

25 oyun keçirən "Eyndhoven" 32 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right