Xabi Alonsonun alternativi tapıldı

“Bayer” baş məşqçi Xabi Alonsonun alternativini müəyyənləşdirib. Newsport.az xəbər verir ki, Leverkuzen klubu ispaniyalı mütəxəssisin mövsümün sonunda ayrılması ilə artıq razılaşıb.

Bundesliqa təmsilçisi Xulen Lopeteqini bu vəzifəyə dəvət etməkdə maraqlıdı. Rəhbərlik yayda “Liverpul”un sükanı arxasına keçməyə hazırlaşan Alonsonun yerinə ispaniyalını nəzərdən keçirir. Lakin “Bayer” Lopeteqidən hələ cavab almayıb.

Qeyd edək ki, “Bayer” 20 turdan sonra 52 xalla Bundesliqada turnir cədvəlinin lideridi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right