Pioli “Napoli”yə keçə bilər

Mövsümün sonunda “Milan”dan ayrılacağı gözlənilən Stefano Pioli digər İtaliya klubunda işləyə bilər. “Napoli”nin prezidenti Aurelio de Laurentis təcrübəli mütəxəssisin xidmətində maraqlıdır.

Newsport.az xəbər verir ki, A Seriyasının son qalibinin cari mövsümdəki nəticələri ürəkaçan deyil. Luçiano Spallettinin gedişindən sonra özünə bənzəməyən neapollular Rudi Qarsiya ilə erkən vidalaşıb, Valter Matsarri də komandanı böhrandan çıxara bilmir. Yayda de Laurentisin yenidən məşqçi dəyişikliyinə əl atacağı şübhə doğurmur.

“Napoli” prezidenti Piolinin Milandakı durumunu izləyir. O, agentlər vasitəsi ilə mütəxəssisə ilk təklifi göndərib. Məşqçi “rossonyerlər”dən ayrılsa, son çempionla danışıqlara başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right