“Atletiko”nun seriyası qırıldı

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko” evdə “Atletik”ə uduzub. Yeganə qolun vurulduğu görüşdə bilbaolular madridlilərin seriyasına son qoyub.

Newsport.az xəbər verir ki, dünənədək paytaxt klubu evdə 28 oyunluq məğlubiyyətsiz seriyaya malik idi. Komanda sonuncu dəfə öz stadionunda yalnız ötən ilin yanvar ayında “Barselona”ya məğlub olmuşdu. Həmin vaxtdan bəri Dieqo Simeonenin yetirmələri 26 dəfə qalib gəlmişdi, 2 dəfə heç-heçə etmişdi.

“Atletiko” və “Atletik” arasında cavab cavab yarımfinal oyunu fevralın 29-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right