Ulduz futbolçu 2 ay oynamayacaq

İspaniyanın "Betis" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu İsko sıradan çıxıb. 31 yaşlı vinger La Liqanın 23-cü turunun "Xetafe" ilə matçında (1:1) zədələnib.

Dizindən zədə alan ispan futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, İsko 2023-cü ilin yayından "Betis"də çıxış edir. O, komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right