Rüfət 90 dəqiqə meydanda oldu,komandası yenə məğlub oldu

Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Hertha Berlin II" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. Amma o, komandasına heç nə ilə kömək edə bilməyib. Əksinə, millimizin sabiq üzvü sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right