"Mançester Yunayted"də oynamış futbolçu karyerasını başa vurdu

"Mançester Yunayted"in və "Everton"un sabiq yarımmüdafiəçisi Maruan Fellaini aktiv futbolçu karyerasını başa vurub.

Newsport.az xəbər verir ki, Belçika millisinin 36 yaşlı sabiq futbolçusu qərarında qəti olduğunu bildirib:

Fellaini bununla bağlı sosial şəbəkə hesabında bunları yazıb: 

"Mən dünyanın ən yaxşı azarkeşləri qarşısında oynamışam. Bu andan istifadə edərək, karyeram boyu dəstək olan hər kəsə təşəkkür edirəm".

Maruan karyerası ərzində “Standart”(Liej), “Everton”, “Mançester Yunayted” və “Şandon Tayşan” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right