"Qarabağ"ın legionerinin millisi yarımfinala çıxa bilmədi

"Qarabağ"ın legioneri Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi Afrika Millətlər Kubokunda iştirakını başa vurub. 

Newsport.az xəbər verir ki, Kabo-Verde 1/4 finalda CAR millisi ilə qarşılaşıb.

Əsas və əlavə vaxt qolsuz heç-heçə ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. CAR penaltilərdə 2:1 qalib gələrək yarımfinala vəsiqə qazanıb. "Qarabağ"ın futbolçusu matçın 65-ci dəqiqədə meydana daxil olub.

Penaltilər seriyasında isə Andrade sonuncu zərbəni yerinə yetirib və qeyri-dəqiq olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right