Prosineçki "Qarabağ"ın futbolçularının baş məşqçisi təyin olundu

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.

Newsport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Monteneqro milli komandasını çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasında çıxış edirlər.

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabr ayından 2017-ci ilin noyabrınadək millimizə rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right