“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya milli komandasına çağırılıb.
Newsport.az-ın məlumatına görə,33 yaşlı futbolçu AVRO-2016-nın seçmə mərhələsinin son iki qarşılaşmasına dəvət alan heyətdə yer alıb. Oktyabrın 8-də Serbiyanı qəbul edəcək Albaniya yığması 3 gün sonra Ermənistanla səfər matçına yollanacaq. İrəvandakı qarşılaşma ilə seçmə mərhələni başa vuracaq Aqolli və komanda yoldaşları final mərhələsinə yüksəlmək üçün bu matçlarda uğurlu nəticə əldə etməlidi.