"Fiorentina" 25 milyonluq transferdən vaz keçdi

"Cenoa" əsas futbolçularından olan Albert Qudmundssonu "Fiorentina"ya satmaq istəməyib. 

Newsport.az "Tuttosport"a istinadən xəbər verir ki, Genuya təmsilçisinə islandiyalı üçün 22 milyon avro təklif edilib.

Lakin komandası bu keçidin reallaşmasını istəməyib. Buna səbəb isə “Cenoa”nın Albertə görə 25 milyon avro istəməsi olub.

"Fiorentina" isə maksim 22 milyon ödəyə biləcəyini qarşı tərəfə bildirib. 26 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

O, buna qədər PSV, AZ Alkmaar komandalarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right