Mahmud Bundesliqa klubuna icarəyə verildi

"Brayton"un yarımmüdafiəçisi Mahmud Daud Almaniyaya qayıdıb.

Newsport.az xəbər verir ki, 28 yaşlı futbolçu icarə əsasında "Ştutqarta"da çıxış edəcək.

Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bundesliqa təmsilçisi Mahmudu mövsümün sonuna qədər, satınalma opsiyonu ilə icarəyə götürüb. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Daud “Borussiya”(Münhenqladbax) və “Borussiya”(Dortmund) klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right