Fransa klubundan 3 transfer birdən

“Lill” 3 futbolçu ilə birdən müqavilə imzalayıb. Newsport.az xəbər verir ki, bunu Fransa klubu rəsmi saytı vasitəsilə açıqlayıb.

Onlardan biri hücumçu Andrey İliçdi. “Valerenqa”da çıxış edən və Norveç yüksək liqasında 13 oyuna 9 qol vuran 23 yaşlı serbiyalı ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Digər transfer Tiaqo Morais Portuqaliya gənclər yığmasının üzvüdü. “Boavişta”dan alınan yarımmüdafiəçinin sözləşməsi 4,5 il olub. 20 yaşlı futbolçu bu mövsüm Portuqaliya çempionatında 17 oyunda 6 qol vurub.

Rafael Fernandes isə Portuqaliya gənclər millisinin müdafiəçisidi. 21 yaşlı müdafiəçisi “Aruka”da çıxış edib və bu mövsüm çempionatda 11 oyun keçirib. Onun da anlaşması 2028-ci ilə qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right