Bonuççi “Yuventus”la məhkəmə prosesini dayandırdı

“Yuventus”un sabiq müdafiəçisi Leonardo Bonuççi klubu məhkəməyə vermək fikrindən əl çəkib. Newsport.az xəbər verir ki, ötən yay Bonuççiyə komanda ilə məşq etməyə icazə verilməmişdi.

Bu səbəbdən o, 2023-cü ilin sentyabrında “Union”a keçmişdi. Bundan sonra ulduz futbolçu Turin klubunu məhkəmə prosesi ilə hədələmişdi. Lakin “Yuventus” Bonuççinin arbitraj məhkəməsinə verdiyi ərizəni geri götürdüyünü bəyan edib.

Qeyd edək ki, Bonuççi “Yuventus”da 500-dən çox oyun keçirib, 8 dəfə İtaliya çempionu olub. O, bu ay “Fənərbaxça”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right