"Neftçi"nin istədiyi forvard Şahruddinin komanda yoldaşı oldu

Qazaxıstan milli komandasının hücumçusu Abat Aymbetov karyerasını Türkiyədə davam etdirəcək.

Newsport.az xəbər verir ki, 28 yaşlı forvard “Adana Demirspor”la anlaşıb.Asiyalı forvard Superliqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

O, 2025-ci il iyunun 30-na qədər Adana təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, Aymbetovun adı “Neftçi” ilə hallanırdı. Əlavə edək ki, “Adana Demirspor”un qapısını milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right