Rusiya və Belarus yığmaları ilə oyun keçirməyi qadağan etdilər

Latviya hökuməti öz milli komandalarına Rusiya və Belarus yığmalarına ilə əlaqə saxlamağı qanuni olaraq qadağan edib.

Newsport.az xəbər verir ki, bu gün - fevralın 1-də latviyalılar idman haqqında qanuna dəyişiklikləri qəbul ediblər. İndi ölkə ərazisində Rusiya və ya Belarus idmançılarının iştirakı ilə yarışların keçirilməsi rəsmən qadağandır. Bundan əlavə, latviyalı idmançılara başqa dövlətlərin ərazisində adıçəkilən komandalarla oynamaq da qadağan edilib.

Qeyd edək ki, məhdudiyyət həm böyüklər, həm də gənclərdən ibarət komandalara şamil edilir. Eyni zamanda, latviyalı idmançılara neytral bayraq altında olsalar belə, onların ruslar və belaruslarla oynamağına icazə verilmir.

Qanunun əsas məqsədi Ukrayna ilə həmrəyliyi vurğulamaq və Rusiyanın idman vasitəsilə cinayətləri qanuniləşdirməsinin qarşısını almaqdır. 

Xatırladaq ki, Rusiyanın Ukraynaya silahlı müdaxilə etməsinə görə Rusiya və Belarus klubları və milli komandaları bütün beynəlxalq yarışlardan kənarlaşdırılıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right