"Fənərbaxça" Emre Moru icarəyə verdi

"Fənərbaxça" futbolçusu Emre Moru icarəyə verib.

Newsport.az xəbər verir ki, "sarı-lacivərtlilər" 26 yaşlı vingeri İstanbulun digər klubu "Fatih Karagümrük"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü mövsümün ikinci yarısını Super Liqa təmsilçisində keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Emre Moru 2022-ci ildə məhz "Fatih karagümrük"dən transfer etmişdi. Futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right