"Qalatasaray" Saşa Boenin yerinə həmyerlisini gətirir

Saşa Boeni "Bavariya"la satan "Qalatasaray" müdafiənin sağ cinahını yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az xəbər verir ki. İstanbul təmsilçisinin əsas hədəfi "Renn"də çıxış edən Lorents Assinyondur Bu barədə "Foot Mercato" məlumat ayıb.

Nəşrin yazdığına görə, "sarı-qırmızılar" fransalı futbolçunun icarəyə götürülməsi ilə bağlı klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Lorents Assinyon "Renn"in yetirməsidir. 23 yaşlı müdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right