"Yurqorden"də Musa Qurbanlı üçün yeni rəqib Türk hücumçu aldılar

Azərcaycan milli komandasının hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" yeni transfer həyata keçirib.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb. Stokholm təmsilçisi son mövsümü "Kalmar"da keçirən 27 yaşlı Deniz Hümmeti heyətinə cəlb edib.

D.Hümmet U-21 də daxil olmaqla Türkiyənin aşağı yaş qrupu üzrə milli komandalarında oynayıb. O, 2023-cü ilin martında "Rizespor"dan (Türkiyə) "Kalmar"a keçib. 

Mərkəz hücumçusu Deniz Hümmetin transferi Musa Qurbanlı üçün yeni çağırış deməkdir. Deniz Hümmetin təcrübə və statistikası onu deməyə əsas verir ki, qarşıdakı mövsümdə azərbaycanlı futbolçunu M.Hemmetlə güclü rəqabət gözləyir.  İsveçdə Malmö şəhərində doğulan və oranın futbol məktəbinin yetirməsi olan D.Hümmet həmin ölkənin bir neçə klubunda da çıxış edib. Müqayisə üçün qeyd edək ki, D.Hümmet ötən mövsüm "Kalmar"ın heyətində 18 oyuna 9 qol vurub və bu nəticə ilə komandasının bombardiri olub. M.Qurbanlı isə İsveçdəki debüt mövsümündə 17 oyunda meydana çıxıb, 3 qol vurub və 1 qolun ötürməsini edib.

Qeyd edək ki, İsveçdə yeni mövsümə martın 31-də start veriləcək. "Yurqorden" isə ilk matçını aprelin 1-də səfərdə "Gothenburq"a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right