"Beşiktaş"ın hücumçusu millidən zədəli qayıtdı

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, istanbul təmsilçisinin hücumçusu Vensan Abubakar sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kamerunlu forvard Afrika Millətlər Kubokundan zədəli qayıdıb. Onun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edə ki, Vensan Abubakar bu mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right