"Roma" Belottini icarəyə verdi

İtaliyanın "Fiorentina" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Florensiya təmsilçisi "Roma"dan Andrea Belottini icarəyə götürüb. Bu barədə insayder fabritsio Romanı məlumat yayıb.

İtaliyalı hücumçu mövsümün ikinci yarısını "Fiorentina"nın heyətində keçirəcək.

Qeyd edək ki, Andrea Belotti bu mövsüm "Roma" forması ilə meydana çıxdığı 22 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right