"Liverpul" Zidanla danışıqlara başladı

Zinəddin Zidanın işsiz günləri başa çatmaq üzrədir. 

Newsport.az-ın məlumatına görə, “Liverpul” rəhbərliyi fransalını baş məşqçi postuna təyin etmək istəyir.

İngiltərə klubunun təmsilçiləri artıq "Real"ın sabiq çalışdırıcısının Premyer Liqada işləməyə hazır olub-olmadığını öyrənmək üçün onun ətrafı ilə əlaqə saxlayıb.

Xatırladaq ki, yanvarın 26-da “Liverpul”un baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını açıqlayıb. 56 yaşlı alman mütəxəssis 2015-ci il oktyabrın 8-də İngiltərənin "Liverpul" klubunu çalışdırırdı. 
Əlavə edək ki, Xabi Alonso da “Liverpul”un baş məşqçi postuna əsas namizədlərdən hesab edilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right