İtaliya klubu 19 yaşlı üçün 12 milyon avro ödədi

“Bolonya” “Veles Sarsfild”in forvardı Santyaqo Kastronu transfer edib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İtaliya klubu 19 yaşlı hücumçu üçün qarşı tərəfə 12 milyon avro ödəyib.

Argentinalı hücumçu 2028-ci il iyunun 30-dək “Bolonya”ya məxsus olacaq. 

Kastro “Veles Sarsfild”in yetirməsidir və o, indiyə qədər 64 matçda 9 qol vurub, 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right