Kubo “Liverpul”a transferini yaya saxladı

Takefusa Kubonun müştəriləri siyahısına “Liverpul” da əlavə olunub. İngiltərə klubu “Real Sosyedad”da əla təsir bağışlayan yaponiyalını transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, bir neçə Səudiyyə Ərəbistanı təmsilçisinin də heyətinə qatmaq istədiyi asıyalı yarımmüdafiəçinin transfer qiyməti 60 milyon avroya qalxıb. Mersisaydlılar bu məbləği ödəməyin əleyhinə deyil, amma Kubo özü yaya kimi San-Sebastyanda qalmaq niyyətindədir.

“Real Sosyedad”la 2027-ci ilin yayınadək müqaviləsi olan 22 yaşlı futbolçu bura ilyarım öncə gəlib. “Real” 6,5 milyon avroya satdığı Kubonun növbəti keçidindən də 50 faiz paya sahibdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right