"Liverpul"un sabiq futbolçusu, hazırda "Verder"in formasını geyinən Nabi Keyta baş məşqçi Yurgen Kloppun "mersisaydlılar"dan ayrılmaq qərarına münasibət bildirib.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi deyib:
"Sosial şəbəkələrdən istifadə etmirəm. Amma Yurgen Kloppun gedəcəyini eşidəndə gözümdən yaş gəldi. O, məni "Liverpul"a oğlu kimi gətirmişdi və mən onu atam hesab edirəm.
Ömrümün sonuna qədər Yurgen Kloppa hər şeyin ən yaxşısını arzulayacağam. Həyat belədir, mən onunla işlədim və məyus olmadım. Biz kuboklar qazandıq”.
Qeyd edək ki, Keyta 2018-2023-cü illərdə "Liverpul"da oynayıb. Klopp isə 2015-ci ildən bu komandanın baş məşqçisidir. O, bir neçə gün əvvəl açıqlamasında cari mövsümün sonunda klubdan ayrılacağını bildirmişdi.