"Atletiko"nun müdafiəçisi "Fənərbaxça"da

"Fənərbaxça" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Atletiko"dan Çağlar Söyüncünü icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısını "Fənərbaxça"da keçirəcək. Türkiyə milli komandasının üzvü yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Çağlar Söyüncü "Atletiko"ya mövsümün əvvəlində keçib. O, Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right