Xavini Arteta əvəz edəcək?

Mikel Arteta “Arsenal”da qalacaq. Londonluların cari çövsümdəki nəticələrindən asılı olmayaraq, ispan çalışdırıcı 2025-ci ilin yayında başa çatacaq müqaviləsinə sadiqdir.

Newsport.az xəbər verir ki, “topçular”ın baş məşqçisinin bu yay istefa verəcəyi ilə bağlı xəbərlər dünən gecə İngiltərə mətbuatına sızıb. Çox keçmədən təkzib reaksiyaları gəlib.

Artetayla bağlı xəbərlərin yayılması təsadüfi deyil. Xavi Ernandesin mövsüm bitən kimi “Barselona”nın baş məşqçi postundan ayrılacağını açıqlaması onun xələfi ilə bağlı müxtəlif ehtimallar yaradıb. İspan çalışdırıcı bu posta əsas namizədlərdən biri kimi göstərilir.

Xatırladaq ki, Arteta 2019-cu ilin dekabrından “Arsenal”ın baş məşqçisidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right