Endryu Robertson: Bizim üçün də şok xəbər oldu

“Bizim üçün də şok xəbər oldu”. Newsport.az xəbər verir ki, bunu İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Endryu Robertson deyib.

Baş məşqçisi Yurgen Kloppun mövsümün sonunda komandanı tərk etmək qərarını şərh edən Robertson bildirib ki, almaniyalı mütəxəssisin fikrinə hörmətlə yanaşmaq lazımdı: “O xəbəri bizə deyəndə, necə qəbul edəcəyimizi bilmirdik. Onun qərarına hörmət edilməlidir. Yurgen yaxşı düşünüb və bunun özü və ailəsi üçün doğru olacağına qərar verib”.

Xatırladaq ki, Klopp yanvarın 26-da bu mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis artıq komandanı çalışdırmağa enerjisinin olmadığını bildirib.

56 yaşlı almaniyalı məşqçi 2015-ci il oktyabrın 8-də “Liverpul”u çalışdırıb. Bu müddət ərzində Klopp “qırmızılar”la 7 kubok qazanıb. Onun rəhbərliyi altında komanda Çempionlar Liqası, Premyer Liqa, Liqa Kuboku, İngiltərə Kuboku, UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right