Türkiyəli futbolçu “Mançester Yunayted”in tarixinə düşdü

Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin “Mançester Yunayted” klubunun tarixinə düşüb.

Newsport.az xəbər verir ki, o, bu komandanın “Nyuport Kaunti”yə qarşı keçirdiyi ölkə kubokunun 4-cü tur oyununun start heyətində yer alıb.

Bununla da Altay “qırmızı şeytanlar”ın heyətində meydana çıxan ilk türkiyəli oyunçuya çevrilib.

Qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılan Mançester təmsilçisi 1/8 finala vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right