"Fənərbaxça"nın futbolçusu "Tottenhem" yolunda

"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində "Tottenhem" maraqlıdır. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

London təmsilçisi polşalı orta xətt oyunçusu üçün yayda Türkiyə klubuna 35 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini mövsümün əvvəlində Moskva "Lokomotiv"indən transfer edib. Polşa millisinin üzvü istanbul təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right