Xavi "Barselona"dan ayrılacağını açıqladı

"Barselona"nın baş məşqçisi Xavi Hernandes klubdakı gələcəyi ilə bağlı qərar verib.

Newsport.az.az xəbər verir ki, ispan mütəxəssis mövsümün sonunda postunu tərk edəcək. Xavi bu barədə La Liqanın 22-ci turunun "Vilyarreal"lə matçından (3:5) sonra keçirilən mətbuat konfransında məlumat verib.

44 yaşlı məşqçi 30 iyun tarixindən sonra Kataloniya təmsilçisindən ayrılacağını bildirib.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsüm La Liqanın qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right