“Bayer” büdrədi, “Bayern” qələbə qazandı

Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

“Hoffenhaym” – “Haydenhaym” və “Volfsburq” – “Köln” matçlarında qalib müəyyənləşməyib. Lider “Bayer” də Mönxenqladbax “Borussiya”sı ilə ev oyunundan xal itkisi ilə üzləşib. Bundan maksimum yararlanan “Bayern” səfərdə “Auqsburq”a qalib gəlib. “Ştutqart” evdə “Leypsiq”ə, “Verder” “Frayburq”a qalib gəlib.

Almaniya Bundesliqası
19-cu tur
26 yanvar

Ayntraxt – Maynts 1:0
Qol: M.Götse, 73.

27 yanvar

Auqsburq – Bayern 2:3
Qollar: Demiroviç, 52; 90+4-pen – Pavloviç, 23. Devis, 45+5. Keyn, 58.

Hoffenhaym – Haydenhaym 1:1
Qollar: Kramariç, 45+7 – Dinkci, 29.

Ştutqart – Leypsiq 5:2
Qollar: Millo, 25-pen. Undav, 30; 56; 75. Levelinq, 48 – Şeşko, 32. Openda, 55.

Verder – Frayburq 3:1
Qollar: Dukş, 9-pen. Njinma, 53. Malatini, 90+3 – Qrifo, 28-pen.

Volfsburq – Köln 1:1
Qollar: Paredes, 40 – Alidu, 38.

Bayer – Borussiya (Mönxenqladbax) 0:0

28 yanvar

18:30. Union Berlin – Darmştadt
20:30. Borussiya (Dortmund) – Boxum





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right