"Balotellinin İtaliya A seriyasına qayıtmaq şansı beş faizdi"

"Adana Dəmirspor"un hücumçusu Mario Balotellinin agenti Enzo Rayola futbolçunun İtaliya A Seriyasına qayıda biləcəyini qeyd edib.

Newsport.az-ın məlumatına görə, "Sport Mediaset"ə danışan Rayola təcrübəli forvardın İtaliyaya dönmək ehtimalı barədə bunları deyib: 

"Mario indi "Adana Demirspor"un futbolçusudur. Bundan artıq heç nə deyə bilmərəm. Amma gizlətməyəcəyəm, müəyyən hərəkətlilik var. Biz bunun üzərində işləyirik. Balotellinin yanvarda A Seriyasına qayıtmaq şansı beş faizdir. Necə olacağını zaman göstərəcək".

Qeyd edək ki, futbol agenti Mario Balotelliyə Azərbaycan klublarından da təklif olduğu açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right