“Şaxtyor” Qomeslə anlaşdı

İstedadlı braziliyalıları transfer edib Avropa klublarına satmaqla məşhurlaşan “Şaxtyor” növbəti addımı atır. Ukrayna klubu indi də “Vasko da Qama”nın gənc futbolçusuna elçi düşüb.

Newsport.az xəbər verir ki, donetsklilər Marlon Qomesin keçidi üçün Braziliya klubu ilə razılıq əldə edib. 20 yaşlı yarımmüdafiəçi üçün 12 milyon avro ödəniləcək. Onun növbəti satışlarından “Vasko da Qama” daha 4 milyon avro əldə etmək imkanı qazanacaq.

Hazırkı klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi olan Marlonla anlaşmanın detalları açıqlanmır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right