Baş məşqçini icarəyə götürmək istəyirlər

Fil Dişi Sahili millisi Afrika Millətlər Kubokunun pley-off mərhələsinə yüksəldiyi üçün yeni baş məşqçi axtarışındadı. Newsport.az xəbər verir ki, federasiya 70 yaşlı Jan-Lui Qası bu vəzifədən uzaqlaşdırıb.

Rəhbərlik komanda ilə işləmək üçün Herve Renarı cəlb etmək istəyir. Fransanın qadınlardan ibarət yığması ilə 2024-cü ilin yayına qədər müqaviləsi olduğu üçün afrikalılar mütəxəssisi icarəyə götürməyi planlaşdırırlar.

Fil Dişi Sahili yanvarın 29-da Afrika Kubokunun 1/8 finalında Seneqalla qarşılaşacaq.

Qrup mərhələsində Qvineya-Bissauya qalib gələn (2:0) komanda daha sonra Nigeriya (0:1) və Ekvatorial Qvineyaya (0:4) məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right