“Barselona”nın futbolçusu üçün mövüm bitdi

“Barselona”nın müdafiəçisi Aleks Balde üçün bu mövsüm erkən başa çatıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı oyunçu kral kubokunun 1/4 finalında “Atletik”lə matçda (2:4) aldığı zədə səbəbindən əməliyyat olunacaq.

Gözlənilən bərpa müddəti təxminən 4 aydır.

Beləliklə, ispaniyalı futbolçu bu mövsüm daha Kataloniya təmsilçisinə kömək etməyəcək.

Balde 2023/24 mövsümündə 28 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.





Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right