İspaniya Futbol Federasiyasından hakim qalmaqalları ilə bağlı bəyanat

İspaniya Kral Futbol Federasiyası (RFEF) son vaxtlar La Liqadakı çoxsaylı hakim qalmaqalları fonunda bəyanat yayıb.

Newsport.az xəbər verir ki, federasiya hakimlərin müdafiəsinə qalxıb:

“RFEF öz işini yerinə yetirərkən qarşılaşdıqları hücumlar qarşısında hakimlərə dəstəyini, həmrəyliyini və etibarını göstərmək istəyir. Biz həmçinin VAR danışıqlarının müxtəlif audio yazılarının oğurlanmasını və yayılmasını qətiyyətlə pisləyirik, çünki bu, məlumatların qorunmasının açıq şəkildə pozulmasıdır. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

İspan hakimləri Avropada və bütün dünyada etalondur. Bunu hətta dünya çempionatı və ya Çempionlar Liqası kimi böyük turnirlərə hakimlərimizi təyin edən UEFA və FİFA da etiraf edir.

Hakimə hörmət futbol prosesinin bütün iştirakçıları üçün prinsip olmalıdır. Hakimlər bu idman növünün ayrılmaz hissəsidir və onlara layiq olan hörmət sosial davranışın mühüm nümunəsidir. Hakimlərsiz futbol yoxdur!”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right