Misir yığmasında növbəti itki

Misir millisinin yarımmüdafiəçisi Emam Aşur komandanın məşqi zamanı ağır zədə alıb. 25 yaşlı yarımmüdafəçi məşq zamanı salto edib. Nəticədə o, kəllə-beyin travması və beyin silkələnməsi keçirib.

Futbolçu bu səbəbdən Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Konqo ilə matçda komandasına kömək edə bilməyəcək. Daha əvvəl Misir yığmasının heyətində “Liverpul”un hücumçusu Məhəmməd Salah da zədələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right