“Səudiyyə Ərəbistanı liqası dünyanın ən yaxşılarından biri olacaq”

“Roma”da icarə əsasında çıxış edən “Çelsi”nin hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanı çempionatının perspektivlərindən danışıb.

Newsport.az-ın məlumatına görə, belçikalı oyunçu, Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı olmaq üçün şansı olduğunu bildirib:

“Düşünürəm ki, yaxın iki ildə Səudiyyə Ərəbistanı Pro Liqası dünyanın ən yaxşılarından biri olacaq. Bütün Səudiyyə klubları məşhur futbolçuları buraya cəlb etmək üçün çox səy göstərir. Onlar əhəmiyyətli dərəcədə yaxşılaşır. Onların çempionatının dünyanın ən yaxşısı olmaq üçün hər cür şansı var”.

Lukaku bu mövsüm “Roma”nın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right