"Real"da mental olaraq sınmışdım"

"Betis"in yarımmüdafiəçisi İsko "Real"da keçirdiyi son mövsümlərdən danışıb. 

Newsport.az xəbər verir ki, o, psixoloji cəhətdən sındığını etiraf edib:

"Real"da mental olaraq sınmışdım. Vəziyyəti dəyişdirmək üçün kifayət qədər gücüm və səbrim yox idi. Bu vəziyyətdə özümü qurban kimi hiss edirdim. Lakin əslində mən qurban deyildim".

İsko 2013-2022-ci illərdə "Real”da çıxış edib. Paytaxt klubunun heyətində yarımmüdafiəçi ümumilikdə 353 rəsmi oyuna çıxıb. O, 53 qol vurub, 57 məhsuldar ötürmə edib. Xatırladaq ki, 31 yaşlı ispan bu mövsüm "Betis"in heyətində 27 oyun keçirib. O, altı qol vurub, beş məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right