Mbappe üçün Vinisius qurban verilir?

“Real” PSJ-nin hücumçusu Kilian Mbappenin transferində israrını davam etdirir. Newsport.az xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres Fransa millisinin üzvünü nəyin bahasına olursa-olsun heyətə qatmaq niyyətindədi.

Peres bu keçid müqabilində hətta komandanın ən yaxşılarından sayılan Vinisius Junioru qurban verməyə də hazırdı. Peresin fikrincə, eyni mövqedə oynayan futbolçulardan Mbappe Vinisiusdan daha güclüdü. Bu üzdən prezident transferin maliyyə şərtlərinin yaxşılaşdırılması üçün braziliyalını belə, satmağın əleyhinə deyil.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdi. Ulduz futbolçu ilə “Liverpul” da yaxından maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right